ABŞ NATO-dan Rusiyaya qarşı sanksiyalar tələb edir

ABŞ NATO-dan Rusiyaya qarşı sanksiyalar tələb edir
9 Dekabr 2017
Mətni dəyiş
ABŞ NATO-dakı tərəfdaşlarına Rusiyanın orta və kiçik məsafəli raketlərin ləğvi ilə bağlı razılaşmanı pozmasına dair sübutlar təqdim edib. Abzas.net xəbər verir ki, bu barədə dekabrın 8-də Almaniyanın Der Spiegel nəşri yazıb. ABŞ müdafiə naziri Ceyms Mattis noyabrın əvvəlində “NATO-nun nüvə planlaması qrupu”nun qapalı iclasında alyans üzvü olan ölkələrdən 2018-ci ilin yayına planlaşdırılan sammitə qədər Rusiyanı razılaşmaya əməl etməyə razı salmaq üçün vahid fəaliyyət planı hazır etməyi tələb edib. Mattis bəyan edib ki, zərurət yaranacağı halda NATO Rusiyaya qarşı cərimə sanksiyaları tətbiq etməlidir. ABŞ müdafiə naziri bəyan edib ki, əgər alyansdakı tərəfdaşlar razılığa gələ bilməsə, ABŞ təkbaşına fəaliyyət göstərməyə hazırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun