ABŞ Konqresinin hər iki palatası son 30 ilin ən böyük vergi islahatı hesab olunan sahibkarlıq və fiziki şəxslər üçün vergi dərəcəsinin azaldılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Abzas.net xəbər verir ki, qanun layihəsinin qüvvəyə minməsi üçün sənəd prezident Donald Trump tərəfindən imzalanmalıdır.
Yeni qanuna əsasən, şirkətlər üçün hazırda 35% təşkil edən vergi dərəcəsi 2018-ci ildən etibarən 21%-ə endiriləcək.
Öncə Nümayəndələr Palatasında 227-203 səs fərqiylə qəbul edilən layihə, daha sonra 51-48 səs fərqiylə Senat tərəfindən qəbul edilmişdi.
Bu qanunun qəbulu, prezident Donald Trump-ın bu ilin yanvarında vəzifəyə keçəndən ilk böyük qələbəsi sayılacaq.