Tillerson və Lavrovun Vyana danışıqları nəticəsiz başa çatıb

Tillerson və Lavrovun Vyana danışıqları nəticəsiz başa çatıb
8 Dekabr 2017
Mətni dəyiş

ABŞ dövlət katibi Rex Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada üzbəüz danışıqlarından sonra iki ölkə arasındakı gərginliyi yaradan məsələlərdə hər hansı irəliləyiş əldə edilib-edilmədiyi barədə açıqlama verməyiblər.

Dekabrın 7-də ATƏT xarici işlər nazirləri iclasının kuluarlarında keçirilmiş danışıqlardan sonra jurnalistlərin suallarına cavab verən Tillerson deyib:

“Mən spesifik olaraq nə əldə etdiyimizi deməyəcəyəm. Biz irəlilyiş əldə etmişik. Əldə olunan hələki budur”.

Tillerson əlavə edib: "Bizim dialoqumuz var, əməkdaşlığımız var, amma məsələlərin həlli yoxdur. Bunu bir görüşdə həll etmək olmur”.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı Ukrayanada BMT sülhməramlı qüvvələrinin yerləşdirilməsinə razı salmağa çalışırlar. Moskva 2014-cü ildə Krımı ilhaq etdikdən sonra Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılar Ukrayna hökumət qoşunlarına qarşı döyüşür.

Lavrov bu görüşdən sonra heç bir şərh verməyib, lakin Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, danışıqlarda iki ölkə arasındakı diplomatik mübahisə, habelə Suriya, Ukrayna və Şimali Koreya məsələləri müzakirə olunub.

Bəyanatda deyilir ki, Lavrov Tillerson-a Birləşmiş Ştatlardakı Rusiya diplomat və jurnalistləri üzərinə “təzyiqlərin” “qeyri-məqbul” olduğunu deyib.

Daha sonra bildirilir ki, Lavrov görüş zamanı Birləşmiş Ştatların keçirdiyi hərbi manevrlərin və “aqressiv ritorikanın” Koreya yarımadasındakı gərginliyi eskalasiya etdirdiyini dilə gətirib.

Ukrayndakı münaqişə

Rusiya və ABŞ rəsmilərinin həm də Ukraynaya silahlı BMT sülhməramlılarının göndərilməsi təklifini müzakirə edəcəkləri gözlənilirdi.

Moskva və Vaşiqnton bu sülhməramlı qüvvəyə veriləcək BMT mandatı barədə razılığa gələ bilməyiblər.

Kreml bildirir ki, BMT-nin mavi dəbilqəliləri Şərqi Ukraynadakı ATƏT müşahidə qrupunun mühafizəsi ilə məşğul olmalıdırlar.

Lakin Qərb narahatdır ki, Vladimir Putin BMT qvvələrinin mandatını məhdudlaşdırmaqla Ukraynanın şərqində separatçıların mövqelərini möhkəmləndirmək və münaqişəni dondurmaq niyyətindədir.

Tillerson bildirib ki, Vaşinqton BMT qüvvələrinə əlavə sülhyaradıcılıq səlahiyyətlərinin verilməsini istəyir. Bu səlahiyyətlərə rusiyayönlü separatçıların tərksilah edilməsi də daxil ola bilər.

Dekabrın 7-də ATƏT xarici işlər nazirlərinin görüşündə çıxış edən Tillerson deyib ki, Birləşmiş Ştatlar “Rusiyanın Krımı işğal və ilhaq etməsini heç vaxt qəbul etməyəcək”.

Dövlət katibi bildirib ki, Moskva üzərinə Krımın ilhaqı ilə bağlı qoyulmnuş sanksiyalar “Rusiya yarımadanın nəzarətini tam olaraq Ukraynaya qaytaranadək davam edəcək”.

Tillerson bu barədə deyib: “Şərqi Ukrayna məsələsində, biz Avropa partnyorlarımızla razıyıq ki, Rusiya öz qüvvələrini Şərqi Ukraynadakı Donetsk və Luhanskdan geri çəkməyincə və Minsk razılaşmasına əməl etməyincə onun üzərindəki sanksiyalar saxlanmalıdır”.

ABŞ dövlət katibi daha sonra deyib: “Rusiya Ukraynada antihökumət qüvvələrini silahlandırır, onlara komandanlıq edir, təlim verir və onlarla çiyin-çuiyinə döyüşür. Biz Rusiyanı və onu təmsil edən qüvvələri ATƏT-in Xüsusi Monitorinq Missiyasına qarşı bu qısnamaya, təhdidə son qoymağa çağırırıq”.

Lavrov isə ATƏT-in yığıncağında bildirib ki, bütün zorakılıqlara görə məsuliyyəti Ukrayna tərəfi daşıyır.

O deyib ki, Rusiya Ukraynadakı ATƏT missiyasını dəstəkləyir.

Lavrov bidiririb ki, ATƏT öz funksiyalarını Kiyev, Donetsk və Luhansk arasında birbaşa dialoqun təşkilinə yönəltməlidir.

Tillerson hələ Lavrovla danışıqlardan əvvəl Vyanada Ukraynanın xarici işlər naziri Pavlo Klimkinlə söhbət etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun