Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin fövqəladə iclası keçiriləcək.
Abzas.net xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib.
İbrahim Kalının sözlərinə görə, iclasda ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı müzakirə olunacaq.
O vurğulayıb ki, ABŞ-ın bu qərarı beynəlxalq hüquqa ziddir: “ABŞ bundan imtina etməlidir, çünki Qüds bütün dünya müsəlmanları üçün “qırmız xətt” təşkil edir”.
Kalın həmçinin qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın bu planını bəzi müsəlman ölkələrinin rəhbərləri ilə müzakirə edib.