Əli Həsənov: "2020-ci ildə ölkədə bir nəfər də yoxsul qalmayacaq"

Əli Həsənov: "2020-ci ildə ölkədə bir nəfər də yoxsul qalmayacaq"
26 Dekabr 2017
Mətni dəyiş

"Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfra enməsidir".

Abzas.net xəbər verir ki, bunu APA-ya müsahibəsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

“2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. 2020-ci ildə yoxsulluq sıfra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq. Bu strateji istiqamətdə işlər uğurla icra olunur”, - deyə, baş nazirin müavini bildirib.

Əli Həsənov həmçinin, 2020-ci ildə ölkə iqtisadiyyatının neftdən asılılığının sıfıra enəcəyini bildirib:

"Bu gün ümumdaxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. Neftin qiyməti 3-4 dəfə düşdü, əgər prezident o zaman bunu etməsəydi, görün, biz nə vəziyyətə düşəcəkdik? İnşallah, 2 ildən sonra, 2020-ci ildə neftdən asılılıq sıfır vəziyyətində olacaq. Artıq o yerə gəlib çatırıq"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun