Əfqanıstanın paytaxtı Kabulda terror aktı törədilib.
Abzas.net xəbər verir ki, bu barədə Əfqanıstan DİN-ə istinadən xarici KİV məlumat yayıb.
Terror aktının "Sadaye Afghan" ("Əfqanıstanın Səsi") xəbər agentlyinin yaxınlığında baş verdiyi bildirilir.
Məlumata görə, hadisə nəticəsində ən azı 40 nəfər həlak olub, 30-dan çox insan müxtəlif xəsarətlər alıb.
Hadisə yerində araşdırma davam edir. İlkin versiyaya görə, hadisə özünü partladan kamikadze tərəfindən törədilib.