Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində "Taliban" terrorçuları polis bölməsinin yaxınlığında mina yüklü avtomobili partladıblar.
"Sinhua" agentliyinin məlumatına görə, hadisə nəticəsində azı 8 polis həlak olub, çox sayda yaralı var.
Məlumata görə, "Taliban" təhlükəsizlik qüvvələrinə hücum etmək məqsədilə oğurlanmış hərbi avtomobildən istifadə edib.