Əfqanıstanın cənubunda yerləşən Gilmend vilayətində partlayış baş verib.
Abzas.net xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Hadisə naticısində 6 sərhəd polisi həlak olub. Daha 6 nəfərin yaralandığı bildirilir.
Hal-hazırda hüquq-mühafizə orqanları hadisə yerini araşdırır.