Zimbabve prezidenti Robert Mugabe istefa verib.
Abzas.net xəbər verir ki, Mugabe, parlamentin onun barəsində impiçment qərarı qəbul etməsindən sonra bu addımı atıb.
Bu barədə parlamentin spikeri Jacob Mudenda məlumat verib.
Parlament impiçment qərarı qəbul etdikdən sonra, spiker iclası dayandıraraq R.Mugabe-nin istefa bəyanatını oxuyub.
C.Mudenda ölkənin yeni prezidentinin adını noyabrın 22-də elan etməyi tövsiyə edib.
Noyabrın 19-da, Zimbabvenin hakim partiyası prezident Mugabe-ni sədr postundan kənarlaşdıraraq noyabrın 20-dək istefa verməyə çağırıb. Partiyanın yeni sədri Emmerson Mnangagwa olub.