Yeni Zelandiya: "Həlli mümkün olmayan" imtahan tapşırığı araşdırılır

Yeni Zelandiya: "Həlli mümkün olmayan" imtahan tapşırığı araşdırılır
23 Noyabr 2017
Mətni dəyiş

Yeni Zelandiya Təhsil naziri şagirdlərin göz yaşına səbəb olmuş imtahanla bağlı araşdırma aparılamsına əmr verib.

Dövlət Təhsil Nailiyyətləri Sertifakatı (NCEA) üzrə 1-ci səviyyəli riyaziyyat imtahanı ölkə məktəblərində bazar ertəsi günü keçirilib.

Həmin imtahan Yeni Zelandiyada standart ümumtəhsil orta məktəb kvalifikasiya imtahanı sayılır.

Lakin şagirdlər imtahndan sonra şikayət ediblər ki, bəzi tapşırıqları həll etmək "qeyri-mümkün" olub və onlara həmin tapşırıqlardakı məfumlar dərsdə keçilməyib, New Zeland Herald xəbər verib.

Şagirdlərin dediyinə görə, "tapışırıqları başa düşmək bəzən mümkün olmayıb", bəzi hesablamaların aparılması üçün isə məlumat çatışmayıb, tapşırıqlarda dərs proqramına daxil olmayan suallar və mövzular olub.

Tapşırıqlardan birinə kvadrat tənlik daxil edilib, lakin bu tənlik yalnız 2-ci səviyyəli imtahanda şagirdlərə verilməli idi.

Yeni Zelandiya Təhsil Nazirliyinə və həmin imtahanı tərtibləmiş Yeni Zelandiya Kvalifikasiyalar İdarəsinə (NZQA) ünvanlanmış açıq məktuba indiyədək 22 riyaziyyat müəllimi imza atıb.

Yeni Zelandiyada ilk dəfə deyil ki, belə hallar baş verir və Təhsil naziri Chris Hipkins məsələ ilə bağlı tam hesabat tələb edib.

Ötən il, çətin olduğuna görə, NCEA-nın 1-ci səviyyəli riyaziyyat imtahanı da tənqid olunmuşdu, 3-cü dərəcəli imtahanda səhv olduğuna görə isə tapşırığın həlli mümkün olmayıb, Yeni Zelandiya Radiosu xəbər verib.

Lakin NZQA tapşırıqlarının keyfiyyətinin lazım olan tələblərə cavab verdiyini bildirir.

"Şagirgdlər bəzi tapşıqırıqları çətin saya bilər, xüsusilə də əla qiymətin alınmasına nəzərdə tutulanları", - NZQA sədr müavini Kristine Kilkelly deyib.

Lakin bu cavab valideynləri razı salmayıb.

Auckland-dan olan valideynlərdən biri Stuff.nz saytına bildirirb : "Auckland-da bir sıra məktəblərin şagirdlərini tanıyaram kı, hazırda güclü sarsıntı içindədirlər".

Reportajı hazırlayan - Alistair Coleman

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun