Qırğızıstanın yeni seçilən prezidenti Sooronbay Jeenbekov vəzifəsinin icrasına başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bununla da, Jeenbekov Qırğızıstanın beşinci prezidenti olub.
Təntənəli inaqurasiya mərasimi "Ala Arça” dövlət iqamətgahında baş tutub. Mərasimdə 450 qonaq iştirak edib.
Qeyd edək ki, ölkədə prezident seçkiləri oktyabrın 15-də keçirilib. Əsas post uğrunda mübarizəyə 11 namizəd qoşulub. Keçmiş baş nazir Jeenbekov namizədliyini Sosial-demokratlar partiyasından verib. O, seçicilərin 54 faizinin səsini qazana bilib.