Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Abzas.net xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat verib.
Məlumata görə, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Babək prospekti, Yusif Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılacaq, təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.