Azərbaycanda ilk dəfə olaraq ümumrespublika jurnalistlərin İl Sonu Karnavalı keçiriləcək. Karnaval ölkədə fəaliyyət göstərən jurnalistlərin yaratdığı “Mətbuat Qeyri-Rəsmi” Jurnalist Klubu (JK) tərəfindən təşkil olunur.
"Qafqazinfo" xəbər verir ki, dekabrın 22-də Bakıda keçiriləcək, ölkədəki bütün aparıcı mətbuat orqanlarında çalışan, o cümlədən müstəqil jurnalistlərin, qonaq qismində isə ictimai xadimlərin, deputatların qatılacağı karnavalda 200-ə qədər jurnalistin iştirakı nəzərdə tutulub.
Beynəlxalq tədbirlərin təşkilatçılığına cəlb olunmuş peşəkar ssenaristlərin iştirakı ilə hazırlanan karnaval məzmununa görə ölkədə ilk dəfə keçirilmiş olacaq. Məqsəd jurnalistlərin sərbəst və qeyri-adi formada il sonu bayramını təşkil etməkdir.