"Twitter" tvitlərin simvol limitini 280-ə qaldırır

"Twitter" tvitlərin simvol limitini 280-ə qaldırır
8 Noyabr 2017
Mətni dəyiş

"Twitter" sosial şəbəkəsi tvitlərin uzunluğunu 280 simvoladək artırıb. Bu haqda şirkətin rəsmi bloqunda məlumat yerləşdirilib.

Bu qərar sentyabrdan aparılan eksperimentə əsasən verilib. "Twitter" bildirir ki, ilk günlər istifadəçilərin çoxu mesajlarını 280-dək simvolla yazıblar, sonradan daha qısa varianta keçiblər. Tvitlərin yalnız 5 faizinin uzunluğu 140, 2 faizi isə 190 simvoldan çox olub.

Yeni qaydalar yapon, Çin və Koreya dillərinə aid deyil, çünki bu ölkələrdə istifadəçilər heroqliflərlə yazır və nadir hallarda 140 simvolluq limiti aşırlar.

2016-cı ildə "Twitter" ismarıcların simvol sayını artırmışdı, mətnə salınan istinadlar, fotolar nəzərə alınmırdı.

"Twitter" 2006-cı ildə yaradılıb, hazırda 320 milyonadək istifadəçisi var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun