Vergilər Nazirliyinin “Turan” İnformasiya Agentliyinə qarşı qaldırdığı cinayət işinə xitam verilib.
Abzas.net xəbər verir ki, bu barədə "Turan" məlumat yayıb.
Bundan əlavə, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin ölkədən çıxışına qoyulan qadağa da götürülüb.
Cinayət işinə xitamla bağlı məlumat Respublika Prokurorluğunda agentliyin direktoru Mehman Əliyevə verilib.
Cinayət işi 2017-ci il avqustun 7-də qaldırılıb. Agentliyin direktoru külli miqdarda pul mənimsəmədə və vergilərdən yayınmaqda ittiham edilirdi. Mehman Əliyev ittihamları rədd edərək, bunun azad sözə qarşı hücum olduğunu bildirmişdi.
Avqustun 25-də Mehman Əliyev məhkəmənin qərarı ilə həbs edilsə də, sentyabrın 11-də Bakını tərk etməmək şərti ilə barəsində həbs-qətimkan tədbiri dəyişdirilmişdi.
“Turan” İnformasiya Agentliyi 1990-cı ildə yaradılıb.