ABŞ prezidenti Donald Tramp Asiya ölkələrinə 12 günlük səfərə çıxmışdı.
Trampın yanında olan əsgərlər seks qalmaqalına qarışmaq ittihamı ilə istintaqa cəlb ediliblər.
ABŞ-ın nüfuzlu qəzetinin xəbərindən sonra açıqlama verən Pentaqon qeyd edib ki, Trampın Asiyaya səfəri zamanı onu müşayət edən bəzi əsgərlər fahişələrlə kef çəkiblər. Bu səbəbdən istintaq başlayıb.
Söhbət 3 əsgərdən gedir. Səfər zamanı küçəyə çıxma qadağasına məhəl qoymayan hərbçilər xarici qadınlarla cinsi əlaqəyə giriblər.