Texasda kilsəyə silahlı hücum olub: 26 nəfər ölüb, 20 nəfər yaralanıb

Texasda kilsəyə silahlı hücum olub: 26 nəfər ölüb, 20 nəfər yaralanıb
6 Noyabr 2017
Mətni dəyiş

ABŞ-ın Texas ştatında kilsəyə silahlı hücum baş verib.

Abzas.net xəbər verir ki, naməlum şəxs Sazerlend-Sprinqs şəhərində kilsəyə daxil olaraq orada olanlara atəş açmağa başlayıb.

Araşdırmalardan sonra, hadisəni törədən şəxsin 26 yaşlı Davin Kelly olduğu məlum olub.

Hadisə nəticəsində 26 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

Daha sonra kilsədən çıxan Kelly ilə üzərində silah olan yerli sakin arasında atışma baş verib. Cinayətkar avtomobillə hadisə yerindən qaçıb. Bir müddət sonra onun meyiti sahibi olduğu maşında aşkarlanıb. Onun atışma nəticəsində aldığı yaradan keçindiyi və yaxud intihar etdiyi güman edilir.

Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir.

Cinayətin motivləri müəyyənləşdirilir.

Bu son zamanlar ABŞ-da baş verən ikinci terror hadisəsidi. Daha öncə, oktyabrın 1-də Texas ştatının Las-Veqas şəhərində 63 yaşlı Steven Paddock musiqi festivalının iştirakçılarını atəşə tutub, nəticədə 58 nəfər ölüb, 500-dən çoxu yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun