“Tarif Şurasına nazirlərin özü daxil olsun...”

“Tarif Şurasına nazirlərin özü daxil olsun...”
22 Noyabr 2017
Mətni dəyiş

Deputat Tahir Kərimli də büdcə zərfinin müzakirəsində ölkədə qiymət siyasətinə toxunub.

“Qafqazinfo” xəbər verir ki, o xatırladıb ki, Tarif Şurasının tərkibinə nazir müavinləri daxildir:

“Hər dəfə gözləyirik ki, nə qiymət dəyişikliyi olacaq? Mərkəzi Bankın sədri burada dedi ki, manatın  qiyməti xarici şoklardan asılıdır. Mən çox narahatam. Biz bilmirik ki, yanacağın qiyməti artacaq ya yox?  Çünki  yanacağın qiyməti artsa, bu digər sahələrə də təsir edəcək. Mən təklif edirəm ki, Tarif Şurasına ya nazirlərin özü daxil olsun, ya da  hökumət özü qiymət siyasətini müəyyən etsin" - deyə o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun