Sloveniyada prezident seçkilərinin ikinci turu keçirilib.
Abzas.net xəbər verir ki, Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor-un ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəldiyi bildirilir.
Bu barədə ölkənin Dövlət Seçki Komissiyası məlumat verib.
İlkin nəticələrə görə, B.Pahor 52,95%, onun rəqibi, Kamnik şəhərinin meri Marjan Sarec isə 47,05% səs toplayıb.
Oktyabrın 22-də keçirilən prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi. İkinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşir.
Sloveniyada prezident 5 il müddətinə seçilir.