Şimali Koreya deyir ki, o, ABŞ sərhədlərinə çata bilən qitələrarası raketi uğurla sınaqdan keçirib. Şimali Koreya noyabrın 28-də yerli saatla 02:47 rədələrində Yaponiya istiqamətində bir ballistik raket sınağı həyata keçirib. Raket 1000 kilometr məsafə qət etdikdən sonra Yapon dənizinə düşüb. ABŞ Müdafiə Nazirliyi sözçüsü polkovnik Robert Manning raket atılmasıyla bağlı verdiyi açıqlamada bunun qitələrarası ballistik raket olduğunu deyib. Yaponiya Müdafiə Nazirliyi də balistik raketin xüsusi iqtisadi bölgəyə düşdüyünü açıqlayıb. Yapon mediası raketin təxminən 50 dəqiqə havada qaldığını bildirib. Yaponiya hökuməti bildirib ki, "Şimali Koreyanın davam edən təxribatçı davranışları qəbul oluna bilməz". Baş nazir Shinzo Abe de BMT Təhlükəsizlik Şurasını təcili toplaşmağa çağırıb. Şimali Koreya bugünə qədərki ən böyük nüvə sınağını sentyabrın 3-də və builki ikinci ballistik raket sınağını da sentyabrın 15-də edib.