Səudiyyə Ərəbistanında korrupsiya qalmaqalına görə saxlanılan şahzadə və iş adamları beş ulduzlu "Ritz-Carlton" otelində saxlanılır.
5 ulduzlu oteldə Səudiyyənin ən zəngin və güclülərindən ibarət 200 nəfər saxlanılır. 11-dən çox şahzadə və milyarderin saxlanıldığı otelin divarları arxasında nələrin baş verdiyini heç kəs bilmir.
Otelə giriş və çıxış qadağandır. "BBC" kanalının müxbiri rəsmilərdən icazə alaraq otelə girib. Otelin personalı gecə-gündüz iş başındadır. Saxlanılan Səudiyyə rəsmiləri üçün özəl bir yer seçilib. İçəridəkilərin üzünü və səsini çəkmək qadağan edilib.