Səudiyyə vətəndaşlığı verilən robot mübahisələrə səbəb olub

Səudiyyə vətəndaşlığı verilən robot mübahisələrə səbəb olub
1 Noyabr 2017
Mətni dəyiş

Bu Sophia-dır, Səudiyyə Ərəbistanının Riyad şəhərində ictimaiyyətə təqdim olunmuş robot.

Sophia o qədər maraq doğurub ki, ona dərhal Səudiyyə vətəndaşlığı verilib, həm də yüzlərlə insanın iştirak etdiyi tədbirdə.

Lakin Sophia-nın videoları və fotoları sosial mediada yayılanda bir çoxları soruşmağa başlayıb ki, niyə bu ölkədə robotun belə haqları qadınlardan çoxdur?

Honkonqun Honson Robotics şirkəti tərəfindən hazırlanmış Sophia, auditoriyaya heç bir baş örtüsü olmadan, ingiliscə müraciət edib.

"Bu nadir hadisəyə görə qürur duyuram", o deyib. "Dünyada bir robotun vətəndaşlıq alması tarixi hadisədir".

Bu xəbəri eşidən səudiyyəli sosial media istifadəçiləri ərəbcə #Səudiyyə_vətəndaşlığı_olan_robot həştəqini elə ilk 24 saatdaca 30 000 dəfə istifadə ediblər.

Lakin digərləri daha istehzalı yanaşma sərgiləyib və #Sophia_qəyyumluğun_götürülməsinə_çağırır həştəqini təxminən 10 000 dəfə istifadə ediliblər. Səudiyyədəki bu qəyyumluq sisteminə görə ictimai yerlərdə hər bir qadının yanında ailə üzvü olan biri kişi ona nəzarət etməli və onun adından qərarlar verməlidir.

"Sophia-nın himayədarı yoxdur və o, başını bağlamır - bu necə olurʔ", istifadəçilərdə biri Twitterdə yazıb.

Digər bir istifadəçi isə robotun qara çadra ilə təsvir olunmuş şəklini paylaşıb və yazıb: "Sophia bir müddət sonra belə görünəcək".

Bəzi istifadəçilər isə robotun belə sürətlə vətəndaşlıq almasını hədəf alıblar.

Son vaxtlar Səudiyyə Ərəbistanı rəhbərliyi ölkədə bir sıra islahatların həyata keçirilməli olduğunu qabardır.

Sentyabr ayında qadınların Səudiyyə Ərəbistanının Milli Günündə iştirakəna və avtomobil idarə etməsinə icazə verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun