Şəkidə sakinlər söküntü işlərinə qarşı etiraz aksiyası keçirib

Şəkidə sakinlər söküntü işlərinə qarşı etiraz aksiyası keçirib
15 Noyabr 2017
Mətni dəyiş

Şəki şəhərində, yerli sakinlər “Çöl yol” adlanan ərazidə aparılan söküntü işlərinə qarşı etiraz aksiyası keçirir.

Abzas.net xəbər verir ki, ərazidə yaşayanlar yolu bağlamağa cəhd ediblər.

Şahidlərin bildirdiyinə görə, hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edilib.

Məlumata görə, yerli İcra hakimiyyəti həmin ərazidə tikilən evləri qanunsuz hesab edib və sökmək niyətindədir. Sakinlər isə həmin ərazinin hansısa bir oliqarxa satıldığını iddia edir.

“Quru çay” deyilən həmin yer mənzərəli və səfalı məkan kimi tanınır.

Etirazçılar əraziyə Şəki rayon İcra Hakimiyyəti başçısının gəlməsini tələb edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun