Rusiyanın müdafiə naziri Sergey Şoyqu mətbuat katibi vəzifəsinə yeni təyinat edib.
Bu posta 26 yaşlı televiziya aparıcısı Rossiyana Markovskaya gətirilib. Markovskaya "RİA Novosti"yə açıqlamasında "15 noyabrda təyinatımla bağlı əmr verildi"- deyib.
Müdafiə nazirliyinin mətbuat katibi İqor Konaşenkov isə nazirliyin məlumat və kütləvi informasiya vasitələri departamentinin direktoru kimi fəaliyyətinə davam edəcək.
Rossiyana Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin jurnalistika fakultəsini bitirib. Vladivostok televiziyasında müxbir, aparıcı və ssenarist kimi işləyib. 2015-ci ildən Rusiya müdafiə nazirliyinə aid "Zvezda" televiziyasında çalışır.