Noyabrın 1-i gecə saatlarında ABŞ-ın Nyu-York şəhərində terror aktı törədilib.
Abzas.net xəbər verir ki, avtomobil yoldan çıxaraq velosiped zolağına daxil olub və orada olan insanları vurub, daha sonra məktəb avtobusu ilə toqquşub.
Sürücü maşında düşən kimi polis tərəfindən atəş çılıb və o yaralanıb.
Hadisə nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.
Hadisəni, Florida ştatının sakini 29 yaşlı Saiphullo Saipov-nun törətdiyi bildirilir. Saiphullo müddəti keçmiş "green card" sahibi olub.