Nidaçı Elgiz Qəhrəmanın məhkəməsinin tarixi açıqlanıb

Nidaçı Elgiz Qəhrəmanın məhkəməsinin tarixi açıqlanıb
10 Noyabr 2017
Mətni dəyiş

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın məhkəməsinin vaxtı bəlli olub.

Abzas.net xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı məlumat verib.

Elgiz Qəhrəmanın növbəti məhkəməsi noyabrın 29-u saat 15:00-da Ali Məhkəmədə olacaq.

Nidaçının işinə hakim Hafiz Nəsibov baxacaq.

Xatırlatma

Elgiz Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.

Siyasi məhbus bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Həmin müddətdə vəkili yanına buraxılmayıb.

E.Qəhrəman yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Fəalın həm özü, həm də üzvü olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivli olduğunu bildirib.

Beynəlxalq Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun