NİDA üzvünə 15 sutka həbs verilib

NİDA üzvünə 15 sutka həbs verilib
14 Noyabr 2017
Mətni dəyiş

Xətai Rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının üzvü Ümman Səfərov barəsində 15 sutka həbs qərarı çıxarıb.

Abzas.net xəbər verir ki, bu barədə NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Məsud Əsgər məlumat verib.

Məhkəmə Habil Məmmədovun sədrliyi ilə keçirilib.

Ümman Səfərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunaraq 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Məsud Əsgərin sözlərinə görə, Ümman Səfərov səhər evdən çıxıb dərsə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılaraq 36-cı polis bölməsinə aparılıb. Bir müddət orda saxlanıldıqdan sonra, Xətai Rayon Məhkəməsinə aparılıb.

Məsud Əsgər bildirib ki, Ü. Səfərovun saxlanılmasına və 15 gün müddətinə həbs olunmasına səbəb, onun NİDA-dakı aktiv fəaliyyətidir.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun