Ev dustaqlığında olan Zimbabve prezidenti Robert Mugabe aclıq elan edib.
Abzas.net xəbər verir ki, bu barədə prezident ailəsinin üzvlərindən biri
məlumat verib.
Onun sözlərinə görə, Mugabe artıq şənbə günündən etibarən yemək qəbulundan imtina edib və "haqq-ədalət uğrunda ölməyə" hazır olduğunu bildirir.
Bundan əvvəl ölkə prezidenti hakim partiyanın rəhbəri postundan kənarlaşdırılıb.