Mövlud Çavuşoğlu: “Həmsədrlərə daha aktiv, qərarlı və səmimi olmalarının vacibliyini vurğuladım”

Mövlud Çavuşoğlu: “Həmsədrlərə daha aktiv, qərarlı və səmimi olmalarının vacibliyini vurğuladım”
30 Noyabr 2017
Mətni dəyiş

“Türkiyə Dağlıq Qarabağ probleminin həlli və işğal olunmuş torpaqların işğaldan azad olunması üçün səy göstərir. Bu baxımdan prezidentlər daim təmas içindədir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azəbaycanlı və pakistanlı həmkarları ilə görüşdən sonra deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə səsləndirdiyi fikirləri xatırladıb: “Ərdoğan Rusiyanın qərarlı olarsa, bu məsələnin həll olunacağını, bu təşəbbüsün də Türkiyə tərəfindən dəstəklənəcəyini bildirib. Azərbaycan üçün uyğun olan bütün formulları dəstəkləyirik. Həmsədrlərlə dünən görüşdüm. Daha aktiv, qərarlı və səmimi olmalarının vacibliyini vurğuladım və bu sahədə onlara dəstək göstərdiyimizi bildirdim”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun