27 Noyabr 2017
Mətni dəyiş
Almaniya kansleri Angela Merkel mühafizəkar bloku tərəfindən təzyiqlərə məruz qalıb. Belə ki, o, koalisiya qurmağa nail olmayıb.
Merkelin liberal siyasəti nəticəsində 2015-ci ildən bəri ölkəyə 1,2 milyon qaçqın gəlib. Bu da bəzi seçiciləri ifrat sağçı AfD-yə yönəldib. Almaniya kansleri Xristian Demokratlar (CDU), Yaşıllar və Azad Demokratlarla (FDP) üçtərəfli koalisiya formalaşdıra bilməyib. Sentyabr seçkilərində Xristian Demokrat Birliyi səs çoxluğu qazanıb. Lakin bu partiya parlamentdə ifrat sağçıların populyarlığının artması ilə yerlərini itirib.
Bu gün Merkelin blokunun gəclərdən ibarət cinahı bəyanatla çıxış edərək, mühafizəkarların "nə olursa, olsun" koalisiyada yer ala bilməyəcəyini deyib. Cinahın lideri Pol Zyemiak bildirib ki, hər bir razılıq miqrasiya və ictimai maliyyə proqramları daxil edilməklə, mühafizəkarların siyasətini rədd etməlidir. (Amerikanın Səsi)