Noyabrın 10-u blogger Mehman Hüseynovun apellyasiya şikayətinə baxılacaq.
Abzas.net xəbər verir ki, 10 noyabrda Apellyasiya Məhkəməsində Mehman Hüseynovun növbəti məhkəmə iclası keçiriləcək.
Məhkəmə hakim Əflatun Qasımovun sədrliyi keçiriləcək.
Noyabrın 3-ü baş tutan ilk məhkəmə iclası təxirə salınmışdı.
Xatırlatma
Mehman Huseynov Bakı şəhər Suraxanı rayon məhkəməsinin 03 mart 2017-ci il tarixli hökmü ilə Bakı şəhər Nəsimi rayon RPİ-nin rəisi Musa Musayevin xüsusi ittihamı əsasında 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı ilə Suraxanı rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin olunmayıb və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Daha sonra Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edib və işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.