Kataloniyanın rəhbərinin müavini və daha 7 nəfər həbs edilib

Kataloniyanın rəhbərinin müavini və daha 7 nəfər həbs edilib
3 Noyabr 2017
Mətni dəyiş

İspaniya Milli Məhkəmə Palatasının hakimi Kataloniya hökumətinin 8 sabiq üzvü barəsində həbs qətimkan tədbiri seçib.

“RİA Novosti”-nin məlumatına görə, həbs edilənlər arasında həmçinin muxtar bölgə hökuməti rəhbərinin müavini Oriol Junkeras-ın olduğu bildirilir.

Hakim Kataloniya hökumətinin sahibkarlıq məsələləri üzrə sabiq müşaviri Santi Vila-nın 50 min avro girov ödəmək şərti ilə azadlıqda qalmasına qərar verib. S.Vila Kataloniya parlamentinin  müstəqillik elan etməsindən bir gün əvvəl tutduğu vəzifədən istefa verib.

Carles Puigdemont və bölgə hökumətinin keçmiş üzvləri (ümumilikdə 14 nəfər) ifadə vermək üçün bir neçə gün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar. Onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə onların barəsində axtarış elan ediləcəyi və həbs qətimkan tədbiri seçiləcəyi bildirilmişdi.

Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində  ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun