İspaniya məhkəməsi Puigdemont-un həbsinə Avropa orderi verib

İspaniya məhkəməsi Puigdemont-un həbsinə Avropa orderi verib
4 Noyabr 2017
Mətni dəyiş

İspaniyanın Milli Məhkəmə Palatası Kataloniyanın keçmiş rəhbəri Carles Puigdemont-un həbsinə Avropa orderi verib.

Abzas.net xəbər verir ki, Avropa orderi verildikdən sonra, Puigdemont-un hal-hazırda olduğu Belçikanın hüquq-mühafizə orqanları onu həbs etməlidir.

Məhkəmə Kataloniya hökumətinin 4 keçmiş üzvü barəsində də eyni qərarı verib.

Puigdemont və Kataloniya rəhbərliyinin digər üzvləri qeyri-qanuni yolla müstəqillik elan etməkdə, qiyam, üsyana təhrik etmədə,  vəzifə səlahiyyətlərindən sui-istifadədə və itaətsizlikdə ittiham olunurlar.

Buna cavab olaraq, Belçika prokurorluğu Puigdemont-un həbsi ilə bağlı İspaniyanın müraciətinə baxacağını bildirib:

“İspaniya məhkəməsinin qərarına baxılacaq. Yaxın iki gün ərzində müvafiq sənəd hakimə təqdim ediləcək.”

Bundan öncə İspaniyanın Milli Məhkəmə Palatası Puigdemont və 14 nəfəri ifadə vermək üçün məhkəməyə çağırıb. Kataloniyanın keçmiş rəhbəri və 4 nəfər məhkəməyə gəlməkdən ediblər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun