Noyabrın 12-si İran-İraq dövlətlərinin sərhədində güclü zəlzələ baş verib.
Abzas.net xəbər verir ki, hadisə nəticəsində İranda ölənlərin sayı 530 nəfərə çatıb.
Bu barədə Kirmanşah şəhərinin tibb xidməti məlumat verib. 2530-dan çox insanın yaralandığı bildirilir.
Hadisə nəticəsində İraqda ölənlərin sayı 8 nəfərdi. Məlumata görə, 400-dən çox insan yaralanıb.
Zəlzələ 7.2 bal gücündə olub. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.