Noyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev FIFA prezidenti Gianni Infantino-nu və təşkilatın baş katibi Fatma Samoura-nı qəbul edib.
Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
İlham Əliyev futbolun Azərbaycanda prioritet sahələrdən biri olduğunu, idmanın bu növünün inkişafı ilə bağlı ölkədə xüsusi proqramın qəbul edildiyini bildirib.
Öz növbəsində FIFA prezidenti Gianni İnfantino Bakının “Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd edib.
FIFA-nın prezidenti Ganni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura Bakıda səfər çərçivəsində noyabrın 21-də keçiriləcək FIFA İcraedici Futbol Sammitində iştirak edəcəklər.
Sammitdə həmçinin, Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyalarının təmsilçiləri iştirak edəcəklər.