Gürcüstanda marixuana leqallaşdırılır

Gürcüstanda marixuana leqallaşdırılır
30 Noyabr 2017
Mətni dəyiş

Gürcüstanın Konstitusiya məhkəməsi marixuana çəkməyi leqallaşdırıb. Məhkəmənin qərarına görə, bundan sonra “yüngül narkotika” çəkmək cinayət sayılmayacaq.

Məhkəmə marixuanadan istifadəyə görə cinayət təqibinin Konstitusiya ilə uyğunluğu məsələsinə baxıb. Vətəndaş Givi Shanidze marixuanadan təkrar istifadəyə görə cəzalandırılandan sonra “Girchi” partiyasının köməyilə məhkəmə iddiası qaldırmışdı. İddiada Cinayət Məcəlləsinin 273-cü maddəsinin Konstitusiyanın 16-cı maddəsinə ziddiyyət təşkil etməsi mübahisələndirib.

Özəlliklə də “həkimin resepti olmadan qanunsuz istifadə edib” ifadəsinin konstitusiyaya uyğunluğu məsələsi qaldırılmışdı. Gürcüstan Konstitusiyasının 16-cı maddəsinə görə, hər bir insanın öz şəxsiyyətini azad inkişaf etdirmə azadlığı var. İddiaçının fikrincə, bu hüquq marixuanadan istifadəyə görə cinayət təqibini məhdudlaşdırır.

Konstitusiya Məhkəməsinin qərarına görə, marixuanadan istifadə “ictimai asayişə təhlükə yaratmır”.

Ali məhkəmə instansiyası iddiaçının əsas arqumentini də təsdiqləyib: hər bir şəxsin öz istirahəti, relaksasiyası və əyləncə formasını müəyyənləşdirmək hüququ var, dövlətin bu hüquqa müdaxiləsi qəbuledilməzdir.

Bu qərar narkotiklərin leqallaşdırılmasının tərəfdarları və əleyhdarlarının kəskin reaksiyasını doğurub. “Girchi” partiyasının liderləri elan ediblər ki, növbəti addım bütün narkotiklərin dekriminallaşdırılması olacaq.

Hakim partiyadan Giga Bukiya isə qərarı vətənə xəyanət adlandırıb, xəbərdarlıq edib ki, Gürcüstan “bütün dünya narkomanlarının və daldanacağına” çevriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun