Fransa polisi Reyms şəhərində Milad bazarına silahlı hücum planlaşdırmaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.
TASS agentliyinin verdiyi xəbərə görə, xüsusi əməliyyat Reyms şəhərində, həmçinin Ob və Ardenn departamentlərində həyata keçirilib.
Saxlanılanların kimliyi barədə məlumat verilmir. “Franceinfo” radiostansiyasının xəbərinə görə, axtarış zamanı onlardan odlu silahlar götürülüb.
Reyms şəhərində Milad bazarı ənənəvi olaraq noyabrın 23-dən dekabrın 27-dək davam edir.