Ötən gün Fransanın Nitsa şəhərində saxlanılan Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov 5 milyon avro məbləğində zəmanətlə azadlığa buraxılıb.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Nitsa şəhər prokuroru Jan-Mişel Pretr bildirib.
Eyni zamanda S.Kərimova Fransanı tərk etmək qadağan edilib.
"Nafta-Moskva" şirkətinin sahibi, 51 yaşlı Süleyman Kərimov vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur. “Forbes” jurnalına əsasən, S.Kərimovun sərvəti 2016-cı ildə 1.6 milyard dollar təşkil edib.