ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Janet Yellen istefa məktubunu yazıb.
Abzas.net xəbər verir ki, məktub ABŞ prezidenti Donald Trump-a ünvanlanıb.
Yellen davam edən maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatında irəliləyişə nail olduqlarını, bildirib:
"Bundan öncəki 10 illə müqayisədə iqtisadiyyatımız daha güclü, qarşılaşa biləcəyimiz qeyri-müəyyənliklərə daha dayanıqlıdır. ABŞ vətəndaşlarının və şirkətlərinin gözləntilərini doğrultmağa nal olduğumuz üçün çox məmnunam".
Jannet Yellen-i bu vəzifədə Jerome Powell əvəzləyəcək.
Yellen-in səlahiyyət müddəti 2018-ci ilin fevralın 4-də başa çatır.