Facebook istifadəçilərə ABŞ prezident seçkiləri zamanı "bəyəndikləri" səhifənin "xarici oyunçular" tərəfindən təbliğat məqsədi ilə yaradılıb-yaradılmadığını aydınlaşdırmaq imkanı verməyi planlaşdırır.
Facebook bundan əvvəl bildirib ki, son 2 il ərzində Rusiyada mənzillənən agentlər tərəfindən yaradılmış səhifələrə 126 milyona yaxın amerikalı baxa bilərdi.
Bu sosial şəbəkədə yaradılan alət Fasebook istifadəçilərinə Rusiyada mənzillənən İnternet Tədqiqat Agentliyi tərəfindən tərtiblənmiş və hazırda bağlanmış səhifələri "bəyəndiklərini" müəyyən etməyə imkan verəcək.
Facebook-da həmin alət istifadəyə dekabr ayında veriləcək.
İnternet Tədqiqat Agentliyi Facebook, Instagram və Twitter-də yaradılmış yüzlərlə səhifə və hesabın arxasında durur, həmin səhifə və hesablar vasitəsilə minlərlə siyasi məzmunlu post paylaşılıb.
Heart Of Texas (Texasın Ürəyi), Being Patriotic (Vətənpərvər) və Secured Borders (Qorunan Sərhədlər) kimi səhifələrin dizaynı onların ABŞ vətəndaşları tərəfindən yaradıldığı təsəvvürünü yaradır.
Rusiya isə təkrar olaraq ABŞ-da son prezident seçkilərinin nəticəsinə təsir etməyə cəhd göstərdiyi barədə iddiaları rədd edib.