Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti təlimlər keçir.
"Ölkə.Az"ın xəbərinə görə, Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirilən təlimlər saat 11 radələrində başlayıb.
Təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunur. Atəş səsləri cəbhə boyu yaşayış məntəqələrində eşidilir.