NİDA Vətəndaş Hərəkatının üzvü, siyasi məhbus Elgiz Qəhrəman 13 saylı CÇM-dən məktub yazıb.
Abzas.net məktub-yazını olduğu kimi təqdim edir:
(Q)NƏFƏS
“Mən riyaziyyat yeyərək yaşayan bir insanam. Sinusun inteqralının necə alınacağını birdən unutdum, xəcalət çəkirəm sinusa qarşı göstərdiyim bu məsuliyyətsizlikdən. Amma siz anlamazsınız bu duyğuları” dedi. Sonra ayağa qalxdı, badəsini qaldırdı. Barmağı ilə səssizlik istədi. Sözün yadından çıxmışam, ona görə istəyirəm hisslərimi rəqəmlərlə ifadə edim-dedi. Gözlərini yumdu. Və saymağa başladı:
"3,1415926535897932384626433832795028841971693993751058209749445923078164062862089986280348253421170679".
Gözlərini açdı. 13 FM - də mehriban zəki sol əlimlə sağ əlimin arasında oxuyurdu. Cibindən bir məktub çıxartdı. Və oxumağa başladı: "İnsanlıq öldü” İnsanlıq öldü. Gizli mənbələrdən sosial şəbəkələrə daxil olan xəbər görə uzun müddətdir amansız xəsdəliklə mübarizə aparan insanlıq dünən gecə anidən gözlərini həyata yunmuşdur. Bəzi dostlarımız əvvəlcə bu xəbərə inanmaq isdəməmiş, ”necə yəni insanlıq öldü?”, ”insanlıqda heç ölər?” kimi suallar vermişlər. Tv kanalları, mətbu orqanları bu ölüm xəbərinin nə qədər gizlətməyə çalışsalar da acı xəbər qısa zamanda hər yerə yayılmışdı. Bəli, insanlıq artıq aramızda deyil. İnsanlıqdan uzun vaxtdır əllərini üzənlər, ya da həyatlarında heç vaxt insanlığın fərqində olmayanlar bu xəbərə üz çevirmiş, görməzdən gəlmişlər. Lakin bəziləri artıq insanlıq öldüyünə görə dünyanın da sonu gəldiyi fikrini irəli sürmüşlər. Hələlik belə konkret fikir bildirmək üçün hələ tezdir. İnsanlıq ölsə də onun əziz xatirəsi könüllərdə hər zaman yaşayacaqdır, uşaqlarımız bizdən bir vaxtlar insanlığın var olduğunu və istirab içində can verdiyini öyrənəcəkdirlər. İnsanlıqdan payını almayanlar üçün isə o hər zaman ölü idi. İllər öncə kiçik bir ağacın altında dünyaya gələn insanlıq əsrlərlə zülm çəkmiş, II dünya müharibəsində Heroşima və Naqasakiyə atılan bombalar zamanı sinəsindən ağır yaralar almış, bu yaralar insanlığın döş qəfəsində “pectus excavatum” əmələ gətirmiş, insanlıq bir daha özünə gələ bilməmişdir. İnsanlığın ölümü ilə dünyamız boşluğu doldurulması mümkün olmayan bir dəyərini itirmişdir.
OA
Məktub əlindən yerə düşdü. Gözləri doldu. Çiyinlərində ölü doğulduğu üçün anında unudulan yüzlərlə sözün ağırlığını hiss etdi. İnsanlıq təkbaşına qollarında can verdi, “yanında heç kim yox idi” dedi. Bir qədər fikrə getdi. İnsanlıq ölmüşdümü? Bəlkə elə insanlıq Mary Babnic Brown saçlarını Amerika ordusuna hədiyyə etdiyi gün ölmüşdü? Bəlkə elə insanlıq Kiyoto Matsumoto intihar etdiyi gün ölmüşdü. Ya da bəlkə insanlığı 1933-cü ildə dünyanın ən romantik intihar nöqtəsindən Mount Mihara kraterinə tullanaraq intihar edən 344 insanı izləməyə gələn turistlər öldürmüşdü. Ya da bəlkə intiharından öncə videosunun çəkib insanlığa son dəfə gülən Mehmet Pişkin-in öldüyü gün ölmüşdür insanlıq. Bəlkə də heç vaxt var olmamışdı insanlıq. Yox, yox, insanlıq öldü! Onu siz öldürdünüz! Bir mahnılıq sükut yarandı, 13fm-də Sibel Egemen - Yalnız Adam oxuyurdu. Mən yalnızlığı istəməklə ittiham olunub yalnızlığa məhkum olundum. Yalnızlığımın mənə yalnız zərəri dəydi deyən düşündüm. Adam qalxdı. “Yalnızlığı gün işığına çıxarmalıyıq. Qorxu sizi kor edib” dedi. “Günəş girməyən evlərə biz giririk”. “Başım fırlanır, necə fırlanır? Başım stabil dayanıb, ətrafımda əşyalar fırlanır, yoxsa sabit bir ortam içində başım fırlanır? Fəlsəfi bir sual... ” dedi öz-özünə. “Başım fırlanır, insanlıqdan sərxoş olduq deyəsən. Çoxdandır, bu qədər insan içməmişdim” səsli düşündü. Yuxudan oyandı. 13FM-də Asuman Maralman - “Bağrı Yanık Dostlara” deyirdi. Yataqdan qaldı. Əl-üzün yudu, güzgüdə əksinə baxdı. Bu gözlərə sanki kimsə sonradan bütün Yer üzünə səpə bilmək üçün kədər əkmişdi. Bir siqaret yandırdı. Beynində bir siqaret yandırdı. “Bir də yazmayacam” dedi. “Yazmaq insanları dəfn edir”. 13 FM-də günün manısı başladı: Reik - “Noviembre Sin ti”
01.11.2017 - Elgiz Qəhrəman - Tək və Tük