Carles Puigdemont Kataloniyaya qayıtmaqdan imtina edib

Carles Puigdemont Kataloniyaya qayıtmaqdan imtina edib
1 Noyabr 2017
Mətni dəyiş

Kataloniyanın istefaya göndərilmiş rəhbəri Carles Puigdemont və bölgə hökumətinin 14 keçmiş üzvü ifadə vermək üçün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar.

Abzas.net xəbər verir ki, onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə onların barəsində axtarış elan ediləcək və həbs qətimkan tədbiri seçiləcək.

Bir neçə gün əvvəl Brüsselə gedən Kataloniya hökumətinin sabiq rəhbəri Carles Puigdemont isə Barselonaya qayıtmayıb.

Puigdemont və Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində  ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun