Türkiyənin Bursa əyalətinin Gürsu rayonunda yerləşən toxuculuq fabrikində partlayış baş verib.
Abzas.net xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Baş vermiş partlayış nəticəsində daha 16 nəfər yaralanıb.
Bursa valisi İzzettin Küçükün sözlərinə görə, partlayışa səbəb qaz sızması olub. Partlayış güclü olub və fabrikin damı uçub, ətrafdakı binalara ziyan dəyib.