Brüsseldə məhkəmə Kataloniyanın sabiq rəhbəri Carles Puigdemont və Kataloniya hökumətinin 4 sabiq üzvünü azadlığa buraxıb.
Abzas.net xəbər verir ki, hakim Puigdemont və tərfdarlarının həbsdə qalmalarına səbəb görməyib və onların barəsində həbs-qətimkan tədbirini ləğv edərək şərti azadlığa buraxıb.
Bununla belə, onlara Belçikanı tərk etmək qadağan edilib.
Bir gün öncə, Belçikanın paytaxtı Brüsseldə olan Kataloniyanın sabiq rəhbəri Carles Puigdemont və Kataloniya hökumətinin 4 sabiq üzvü saxlanılıb.
Puigdemont və 4 tərəfdarı noyabrın 5-i səhər saatlarında polisə təslim olub. Onlar 24 saat azadlıqdan məhrum ediliblər.
İspaniyanın Milli Məhkəmə Palatası Puigdemont və 14 nəfəri ifadə vermək üçün məhkəməyə çağırıb. Kataloniyanın keçmiş rəhbəri və 4 nəfər məhkəməyə gəlməkdən ediblər.
Bundan sonra, İspaniya məhkəməsi Carles Puigdemont-un və 4 nəfər tərəfdarının həbsinə Avropa orderi verib.