Bosniya müsəlmanlarının qırğınında təqsirli bilinən serb generala ömürlük həbs verilib

Bosniya müsəlmanlarının qırğınında təqsirli bilinən serb generala ömürlük həbs verilib
22 Noyabr 2017
Mətni dəyiş

BMT-nin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (ICTY) noyabrın 22-də beş ildir gedən məhkəmə prosesinə yekun vurub. 

Abzas.net xəbər verir ki, Bosniyanın keçmiş serb hərbi komandiri Ratko Mladic-ə hökm oxunub.

Ratko Mladic 10 hərbi cinayətdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilib. Bu hökmdən apellyasiya şikayəti verilə bilməz.

İttiham tərəfi bildirib ki, Mladic-in əsgərləri tərəfindən güllələnən kişilər və oğlanlar kütləvi qəbiristanlıqlarda basdırılıb. Onlardan 6 min 900 nəfərin kimliyi qalıqlarının DNT testiylə müəyyənləşdirilsə də, çoxu hələ də itkin düşmüş sayılır.

İttihamnaməyə əsasən, Ratko Mladic, Bosniyanın serb lideri Radovan Karadzic və Serbiya prezidenti Slobodan Milosevic Bosniyanı qeyri-serblərdən təmizləmək niyyətində olublar.

Karadzic 2016-cı ildə 40 illik həbsə məhkum edilib. Milosevic isə 2006-cı ildə Haaqada həbsxanada dünyasını dəyişib, onun məhkəməsi hökm çıxarılmadan bitib.

Tribunal 2007-ci ildə bu qırğının genosid olmasıyla bağlı qərar çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun