Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına (BQXQACF) yeni prezident seçilib.
Abzas.net xəbər verir ki, İtaliya Qızıl Xaç Komitəsinin rəhbəri Francesco Rocca Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) yeni prezidenti seçilib.
F.Rocca bu vəzifəyə ötən gün BQXQACF-ın Antalyada keçirilən baş assambleyasında seçilib.
O, bu postda 2009-cu ildən təşkilatın rəhbəri olan Tadateru Konoe-ni əvəzləyəcək.