Bayram Məmmədova 10 il hökm oxuyan hakim Eynulla Vəliyev vəkillik fəaliyyətinə başlayıb

Bayram Məmmədova 10 il hökm oxuyan hakim Eynulla Vəliyev vəkillik fəaliyyətinə başlayıb
20 Noyabr 2017
Mətni dəyiş

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Eynulla Vəliyev vəkil kimi fəaliyyət göstərəcək.

Abzas.net xəbər verir ki o, Vəkillər Kollegiyası Bakı Şəhəri 2 saylı Hüquq Məsləhətxanasında vəkil kimi fəaliyyətə başlayıb.

E. Vəliyev səlahiyyət müddəti başa çatdığı üçün oktyabr ayından hakim kimi fəaliyyətini dayandırıb.

E. Vəliyev hakim təyin olunana qədər Vəkillər Kollegiyasının sədr müavini vəzifəsində çalışıb. Hakim Eynulla Vəliyev bir sıra məşhur işlərə də hakimlik edib. Sonuncu dəfə o, NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib.

Xatırlatma

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Fəalların özü və üzvü olduqları Nida Vətəndaş Hərəkatı onların həbsini fəaliyyətlərinə görə olduğunu iddia edir.

Amnesty International beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun