Bashar al-Assad və Vladimir Putin görüşüblər

Bashar al-Assad və Vladimir Putin görüşüblər
21 Noyabr 2017
Mətni dəyiş

Noyabrın 20-də Soçidə Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bashar al-Assad arasında görüş baş tutub.

Abzas.net xəbər verir ki, Putin-lə Assad görüşdən sonra Suriyada terror qruplarına qarşı birgə hərbi kampaniyanı dayandırmağa yaxın olduqlarını bildiriblər.

“Hərbi əməliyyat həqiqətən də sona çatmaqdadır. Məncə, indi əsas məsələ siyasi prosesləri irəli aparmaqdır və sizin sülh yaratmaq və həll yollarını tapmaqdan ötrü hamıyla işləməyə hazır olmanızı görməkdən məmnunam”, – deyə, Putin bildirib.

Assad Putin-ə döyüşdə göstərdiyi dəstəyə görə təşəkkür edib. O, müharibəni bitirməkdən ötrü danışıqlara hazır olduğunu söyləyib.

Bu görüşdən iki gün sonra, noyabrın 22-də isə Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin Suriyada altı ildir gedən vətəndaş müharibəsinin dayandırılması barədə danışıqlar aparacağı gözlənir.

Bundan əlavə, noyabrın 28-də BMT-nin təşkilatçılığı ilə Cenevrədə sülh danışıqları keçirilməlidir.

Suriyada 2011-ci ildən gedən vətəndaş müharibəsində yüz minlərlə adam həlak olub.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun