Azərbaycanda Kommunist partiyasının sədri həbs edilib

Azərbaycanda Kommunist partiyasının sədri həbs edilib
1 Noyabr 2017
Mətni dəyiş

Azərbaycan Vahid Kommunist Partiyasının sədri, “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tukanov həbs edilib.

Abzas.net xəbər verir ki,  M.Tukanova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, 3 nəfər əlil şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə M.Tukanovdan şikayət edib. Həmin şəxslər şikayətlərində Tukanovun onlardan pul aldığını bildiriblər. Həmin faktla bağlı da cinayət işi başlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun